Art Klub 

.
.
 .                                                              
Baş səhifə
Layihənin tarixçəsi
Klubun üzvləri
Klubun qalereyası
Azərbaycandakı sərgilər
Xarici ölkələrdə sərgilər
Abşeronda sərgilər
Virtual sərgilər
Bizim nəşrlər  
Mütəxəssis sözü
Haqqımızda yazırlar   
Əlaqə üçün         


        Klubun yenilikləri:

------------------------------------

Sahibsiz heyvanlara qayğı
göstərək



Daha çox məlumat

------------------------------------
















                             
                             



Eldəniz İbrahimov

 Layihənin rəhbəri

Sənətşünas

  


 Arzularımız bir il də boy atdı !

   Adı artıq dillərə düşmüş “Abşeronun övladları” yaradıcılıq klubunun 5 yaşı
     tamam oldu. Özümüzü də, klubumuzun üzvü olan istedadlı gənc və yeniyetmə
     üzvlərimizi də ilk kiçik yubileyimiz münasibətilə təbrik edirik!

  Bir neçə il öncə bünövrəsi qoyulan bu layihənin başlıca məqsədi istedadlı uşaq,  
     yeniyetmə  və  gənc rəssamları üzə çıxarmaq,  onların yaradıcı inkişaflarını  ardıcıl
     olaraq izləmək,  xarici  və  ölkədaxili  müsabiqə-sərgilərində  fəal  iştirakını  təmin
    
     etmək, ən nəhayət, bu balaların peşəkar təhsil astanasına yetməsinə nail olmaqdır.

  Yadımızdadır ki, ilk qələbə sevincini 2012-ci ildə bizə klubumuzun üzvü
     Aida Əmirova gətirdi.Çex Respublikasının Liditse şəhərində keçirilən ənənəvi
     beynəlxalq rəsm müsabiqəsində ,o, öz yaş qrupunda birinci yerə layiq görüldü
     və müsabiqənin medalı ilə təltif edildi. Bu yüksək mükafatı ona Bakıda Çex
     Respublikasının səfiri və Azərbaycanın Mədəniyyət və Turizm Nazirinin müavini
     Sevda xanım Məmmədəliyeva təqdim etmişdilər. Aidə Malayziya Federasiyasının
     Kuala-Lumpur Universitetinə dəvət olundu və artıq bu nüfuzlu elm ocağında
     təhsilini uğurla davam etdirir.




    Ən istedadlı  yeniyetmə rəssamlarımızdan olan Məhəmməd İsmayılov hər il
     Yaponiyada və  Çində keçirilən beynəlxalq  rəsm  müsabiqələrində  fərqlənirdi.
     2014-cü ilin qələbələri isə bizim üçün lap gözlənilməz  oldu  –  Uzaq  Günçıxar
     Ölkədə - Yaponiyada keçirilən beynəlxalq müsabiqədə birdən-birə üç “Abşeron
     övladı”  –  Cavidan  Əhmədov,  Nərgiz  Əmiraslanlı  və  Məhəmməd İsmayılov
     müxtəlif yaş qrupları üzrə birincilik qazandılar. Təsəvvür edirsinizmi - bütün Yer
     kürəsindən on minlərlə balaca və yeniyetmə rəssamın qatıldığı nüfuzlu 
     beynəlxalq tədbirdə birdən-birə üç üzvümüzün birincilik qazanması nə deməkdir?!

   Bu qələbədən sonra yeniyetmə dostlarımıza bir qədər sərbəstlik vermək  
     qərarına gəldik və saytımız bir il dəyişilməz qaldı. Ancaq əvvəl-axır gənc
     gənc dostlarımızın uğurları üçün darıxdıq. Həm də "Abşeron övladlarına" qoşulmaq
     arzusunda olan yeni-yeni istedadlar üzə çıxır. Onlardan birini  –  İlkin İbrahimlini
     sizə Yeni ilin ilk günlərində təqdim edirik.

          Təssüf hissilə əmin olduq ki, klubun fəaliyyətinə fasilə verdiyimiz dövrdə
     qarşımıza qoyduğumuz vəzifələri yerinə yetirməkdə bizi əvəzləyən olmadı – uşaq
     yaradıcılığının inkişafı üçün məsul olan nazirlik və təşkilatlar yeni yaradıcı nəslə
     düz bir il borclu qaldılar! Biz əmin olduq ki, ötən il də yeniyetmə və gənc
     rəssamların yaradıcılığının öyrənilməsi, müsabiqə-sərgilərin keçirilməsi formal 
     xarakter daşıdı... Əsl diqqət olmasa isə yaradıcı nəsillərin bir-birini ağrısız əvəz 
     etməsi qeyri-mümkündür!

   Yeni ildən etibarən yenə də gənc dostlarımızı səsləyir və klubun fəaliyyətini
     bərpa edirik. Əminik ki, yeni-yeni üzvlərimizin qazandığı uğurların sədası
     ən nüfuzlu rəsm müsabiqələrindən gələcək. Bu il işimizdə yeniliklər tətbiq etmək
     fikrindəyik. Əvvəla, balaca və yeniyetmə rəssamlarla birgə klubumuza gənclər
     də üzv ola biləcəklər. İkincisi, üzvlərimiz bir-biri ilə daha sıx münasibətdə
     olacaqlar. Bunun üçün mütəmadi olaraq kollektiv sərgilər keçirəçək, ad günlərində
     isə fərdi sərgilər təşkil edəcəyik. Klubun normal fəaliyyəti üçün elə qalereyamızın
     yerləşdiyi ünvanda gözəl bir studiya da yaratmışıq.

Yeni ildə işimiz uğurlu olsun! Yolçu yolda gərək!


             

  ------------------------------------------------  

  Klubun yenilikləri:    



Seyidoqtay Həsənovun
sərgisi



Daha çox məlumat

----------------------------------------




© 2011-2016  AbsheronChildren.com  All Right Reserved